Bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək

Bakıda bəzi avtobusların hərəkət sistemi dəyişdiriləcək.

Polemika.az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyi (BNA) məlumat yayıb.

Bildirilib ki, 19 fevral 2022-ci il tarixində saat 09:00-dan 21:00-dək Ə.Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) təmir işlərinin aparılması ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətində müvəqqəti məhdudiyyət tətbiq ediləcək.

Bu səbəbdən 7A, 7B, 67, 199 və 211 nömrəli müntəzəm marşrutların hərəkət sxemləri müvəqqəti olaraq dəyişdiriləcək.

Qeyd edilib ki, dəyişikliyə əsasən, sözügedən marşrut xətləri üzrə avtobusların hərəkət sxemləri Ziya Bünyadov prospekti istiqamətində dəyişdirilərək Tbilisi prospekti və Alı Mustafayev (3-cü mkr bazarı) küçəsindən keçməklə təşkil ediləcək və daha sonra öz hərəkət sxemləri üzrə fəaliyyət göstərəcək.

Bəzi marşrutların hərəkət sxemi dəyişdiriləcək