"Bütün əsirlər qaytarılıb" - Rüstəm Muradov

"Bütün əsirlər qaytarılıb"

"Bütün əsirlər qaytarılıb" - Rüstəm Muradov

"Dağlıq Qarabağ münaqişəsi zamanı əsir düşən Azərbaycan tərəfinin bütün hərbçiləri Rusiya sülhməramlılarının köməkliyi ilə geri qaytarılıb, hazırda əsir düşən erməni əsgərlərin qaytarılması istiqamətində işlər davam etdirilir".

Yenisabaha.az xəbər verir ki, bu barədə TASS-a Cənub Hərbi Dairəsinin komandanının müavini Rüstəm Muradov məlumat verib.

“Bu günə qədər Azərbaycan tərəfinin bütün hərbçiləri geri qaytarılıb və erməni hərbi əsirlərin qaytarılması istiqamətində işlər davam edir, yaxşı müsbət, anlaşma var. Hesab edirəm ki, bu məsələ tamamilə bağlanmalıdır. Rusiya sülhməramlıları isə bu işə son qoyacaqlar”, - deyə general Muradov bildirib.

O qeyd edib ki, məhbusların geri qaytarılması ilə bağlı işi sülhməramlının vətəndaşlıq borcu hesab edir:

“Mən hərbçi kimi anlayıram ki, müharibə əsirləri kimlərdir, əsirlikdə olarkən hansı hisslər keçiriblər. Bakıya ilk uçuşu xatırlayıram və qayıdanda həmin hərbçilərin artıq İrəvana, Erebuni aerodromuna uçan zaman üzlərini gördüm. Bu, göz yaşları idi, onlar evə qayıtdıqlarına inanmırdılar".

"Bütün əsirlər qaytarılıb" - Rüstəm Muradov