“Bütün dünya qarşımızda öz şlyapasını çıxardı” – Tanınmış psixoterapevt

“Bütün dünya qarşımızda öz şlyapasını çıxardı”

“Bütün dünya qarşımızda öz şlyapasını çıxardı” – Tanınmış psixoterapevt

“44 günlük müharibədə Zəfəri psixoloji seqmentdə necə dəyərləndirmək olar? Müharibə Azərbaycan xalqı üçün sınaq oldu və bu sınaqdan üzüağ çıxdıq”.

Bu sözləri Polemika.az-a açıqlamasında psixoterapevt Elmir Əkbər deyib.

O bildirib ki, koronavirus pandemiyası dövrünə müharibə stressi də əlavə olunub. 

“Müharibənin gedişi zamanı bilmirdik ki, sonluq bu qədər möhtəşəm ola bilər. 44 gündə bir çox şüuraltı təşviş yaşadıq. Bu müharibə bizə hər şeydən öncə həmrəyliyi öyrətdi. Bizi bir xalq olaraq birləşdirdi. Bu, hamımıza xüsusi qürur hissi verir.

Müharibə, sözün əsl mənasında, bizə bu birliyi öyrətdi. Bu, milli şüurumuzda böyük bir inkişaf, təkamül oldu. Mühraibə artıq qələbə inamı yaratdı. Həmişə deyirdik, yatmış şiri oyatmayın, ancaq o şir oyandı və öz qüdrətini göstərdi. Etno-psixoloji olaraq bizdə özgüvən, qələbə, özümüzə dəyər hissini artırdı”.

E.Əkbər: “Siyasi olaraq bütün dünyaya öz ağlımızın gücünü də göstərdik. Çünki Azərbaycan çox təmkinli davrandı, zamanında etdi. Hətta Ermənistan hər cür təxribata çəkmək istəsə də, Azərbaycan çox müdrik davrandı, bu təxribatlara uymadı. Bütün dünya qarşımızda öz şlyapasını çıxardı”.

Ayzel 

“Bütün dünya qarşımızda öz şlyapasını çıxardı” – Tanınmış psixoterapevt