"Bursaspor" qalib gəldi, Namik pul mükafatı alacaq

"Bursaspor" qalib gəldi, Namik pul mükafatı alacaq

"Bursaspor" qalib gəldi, Namik pul mükafatı alacaq

Azərbaycanlı futbolçu Namik Ələskərovun çıxış etdiyi “Bursaspor”un futbolçuları 1-ci liqanın 23-cü turunda “Altınordu”nu məğlub etdiklərinə görə mükafat alacaqlar. 

Polemika.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Bursa təmsilçisinin üzvləri qələbəyə görə pul mükafatı alacaq. Bursa Böyükşəhər Bələdiyyəsinin sədri Alinur Aktaş matçdan əvvəl “Altınordu” ilə oyundakı qələbəyə görə futbolçulara və məşqçilər heyətinə mükafat veriləcəyini bildirib. Futbolçuların mükafatları çərşənbə günü veriləcək.

“Bursaspor”un “Altınordu”nu məğlub etdiyi matça start heyətdə başlayan Namik, vurulan yeganə qolun ötürməsini edib.

"Bursaspor" qalib gəldi, Namik pul mükafatı alacaq