“Bu səs yazısı mənə qarşı şantajdır” – Rüşvət tələb edən direktordan açıqlama

“Bu səs yazısı mənə qarşı şantajdır” – Rüşvət tələb edən direktordan açıqlama

“Bu səs yazısı mənə qarşı şantajdır” – Rüşvət tələb edən direktordan açıqlama

Ağstafa rayon Şahin Abadov adına Aşağı Kəsəmən kənd orta məktəbinin direktoru Mətanət Məmmədova rüşvət alma ittihamı ilə bağlı açıqlama verib.

Direktor “Polemika.az”a verdiyi yazılı açıqlamada bildirib ki, 27.01.2022-ci il tarixində bəzi saytlarda Ağstafa Rayon Şahin Abadov adına  Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru olaraq rüşvət istəməyi il bağlı yayılan səs yazısını qeyri-etik hal hesab edir:

“Neçə illərdən bəri pedaqoji fəaliyyətimə olan hörmətsizlik kimi dəyərləndirirəm. Bildirirəm ki, məktəbin müəllimi Vüsalə Məmmədovanın (dediyinə görə kimsə şərti adla paylaşım edib) facebook sosial şəbəkəsində etdiyi paylaşım qanunsuzdur və heç bir halda qanunauyğun fəaliyyət hesab edilmir.

Bu səs yazısı sırf böhtandır və mənə qarşı şantajdır. Cinayət məcəlləsinin 155 və156-cı maddəsinin tələblərini pozaraq ictimai rəydə mənimlə bağlı mənfi rəy formalaşdırmaqdır.

Bir məktəb direktoru kimi rəhbərlik etdiyim pedaqoji kollektivə, hər tədris ilinin sonunda yetirmələrinin sədasının nüfuzlu ali məktəblərdən gəlməsində əməyi olan müəllimlərimizə yanlış münasibətdir. Neçə illik təcrübəsi olan bir direktora ədalətsizlikdir, onun ali təhsili olmayan bir müəllim tərəfindən məruz qaldığı şantajdır, qərəzdir”.

“Bu səs yazısı mənə qarşı şantajdır” – Rüşvət tələb edən direktordan açıqlama