“Bu gün ağlı başında olan kimsə Putini müdafiə etmir...” - Etibar Məmmədov

“Bu gün ağlı başında olan kimsə Putini müdafiə etmir...” - Etibar Məmmədov

“Bu gün ağlı başında olan kimsə Putini müdafiə etmir...” - Etibar Məmmədov

“Rusiyanın Ukraynaya genişmiqyaslı məkrli hücumu haqdakı fikirlərim çox konkret və birmənalıdır. Putin 30-cu illərdə Hitlerin gördüyü işləri təkrarlayır. Hitler Almaniyasının vaxtilə Avropaya qarşı apardığı siyasəti indi o, əks istiqamətdən aparır. Və XXI əsrdə açıq-aşkar müstəqil bir dövlətin ərazisinə müxtəlif bəhanələrlə iddia edərək faktiki işğal əməliyyatı həyata keçirir. Yəni Rusiyanın Ukraynadakı son addımlarının adı işğaldan başqa bir şey deyil.Və biz də, belə bir durumda, təbii ki, Ukrayna xalqının və dövlətinin yanında olmalıyıq və onu müdafiə etməliyik”.

Bunu Moderator.az-a açıqlamasında AMİP lideri, istiqlalçı deputat Etibar Məmmədov söyləyib.

O, “Ukraynada hadisələrin sonrakı inkişafını necə görürsünüz?” sualını  da cavablandırıb.

“İlkin görünən təəssürat ondan ibarətdir ki, Putin planlaşdırdığını həyata keçirə bilmir və Ukrayna ordusu və xalqının gözləmədiyi müqaviməti ilə rastlaşır. Odur ki, o, hazırda çox çıxılmaz durumdadır. Birincisi, bütün dünya Rusiya hakimiyyətinin və konkret Putinin əleyhinədir.  

Yəni bu gün Kremli və Putini müdafiə edən ağlı başında kimsə yoxdur və hamı bu rejimi və onun başçısını işğalçı və bütün bəşəriyyətə, sülhə böyük təhlükə kimi qəbul edir. 

İkinci tərəfdən isə Putin düşünürdü ki, Rusiya ordusunun hücumu başlayan kimi Ukrayna xalqının içərisində qarışıqlıq və xaos yaranacaq. Yəni Moskvanın məqsədi xaosdan yararlanaraq  mövcud hakimiyyəti devirmək, yaxud prezident Zelenskini qətlə yetirib onun yerinə özlərinin bir kukla nümayəndəsini təyin etmək idi. Bununla da Putin Hitlerin Fransanın bir hissəsində Vişi hökumətini qurduğu kimi özünə sadiq hakimiyyət qurmaq istəyirdi. Bu da hazırda alınmır- “blitzkrik”,  yəni ildırımsürətli hücumla Kiyevi ələ keçirib Ukraynanı diz çökdürmək  baş tutmadı. Və bu da Rusiyanın əleyhinə olduğu halda, nə qədər əziyyət çəksə də, zülm görsə də, Ukrayna xalqının xeyrinə olan prosesdir. Çünki Ukrayna millətinin kimliyinin formalaşması, yəni özünü tanıması və öz dövlətini müdafiə etməsi prosesi başlayıb və gedir. Bu da Ukrayna üçün çox mühüm bir məsələdir. Çünki bu günədək həmin məsələdə bir az anlaşılmazlıq var idi. Eyni zamanda hadisələrin belə inkişafı Rusiyanın öz daxilində siyasi və iqtisadi-sosial sarsıntılara gətirib çıxaracaq”- deyə Etibar Məmmədov vurğulayıb. 

“Bu gün ağlı başında olan kimsə Putini müdafiə etmir...” - Etibar Məmmədov