“Bravo”da müştəri qıza sataşan mühafizəçi işdən qovuldu

“Bravo”da müştəri qıza sataşan mühafizəçi işdən qovuldu

“Bravo”da müştəri qıza sataşan mühafizəçi işdən qovuldu

Metronun “20 yanvar” stansiyasının yaxınlığında yerləşən “Bravo” supermarketinin mühafizəçisinin gənc qıza “ilişməsi” ona baha başa gəlib.

Polemika.az-ın məlumatına görə, xəbəri Sunay Heydərli adlı şikayətçi qızın özü Facebook-dakı “Müştərinin səsi” qrupunda ictimailəşdirib.

“Mobil nömrə balansımı “Bravo”dakı “MilliÖN” aparatında artıranda yaxınlıqda dayanmış mühafizəçi bunu görüb. Nömrəmi yadında saxlayaraq, bir neçə saatdan sonra mənə yazıb narahat etməyə başladı. Müştəriyə "Xanım marketdəki "oxranam", xoşuma gəldiniz, 8 mart bayramınız mübarək" yazmaqla özündə cəsarət tapan belə “mühafizəçi”ni işə götürən mağazalar şəbəkəsinə sözüm yoxdur. Əgər “MilliÖN”də nömrəyə balans vurmağa da çəkinəcəyiksə, daha nə söyləyim”, - deyə hadisəni sosial şəbəkədə ictimailəşdirən xanım “Bravo”nun rəhbərliyini onu tez-tez narahat edən - zəng vuran, şəkil göndərən əməkdaşla bağlı müvafiq ölçü götürməyə çağırıb.\Modern.az

Vətəndaşın müraciəti ictimailəşəndən sonra “Bravo”nun rəhbərliyi olaya reaksiya verib.

Şikayətçi qız sosial şəbəkədə yazdığı növbəti qeyddə ona “ilişən” mühafizəçinin artıq işdən qovulduğunu bildirərək, “Bravo”nun rəhbərliyinə təşəkkür edib.

“Bravo”da müştəri qıza sataşan mühafizəçi işdən qovuldu