"Biz pulumuzu ordan qazanırdıq" - Müharibə şou-bines əhlinin "belini qırıb" - Samirə

"Biz pulumuzu ordan qazanırdıq" - Müharibə şou-bines əhlinin "belini qırıb"

"Biz pulumuzu ordan qazanırdıq" - Müharibə şou-bines əhlinin "belini qırıb" - Samirə

Rusiya və Ukrayna arasında 8 gündür bitməyən gərginlik Azərbaycanda da diqqətlə izlənilir. Azərbaycan bu iki ölkə arasında mövcud ziddiyyətlərin sülh və danışıqlar yolu ilə həll edilməsində maraqlıdır.

Bu müharibənin Azərbaycan iqtisadiyyatına da təsirsiz ötüşməyəcəyi aydın məsələdir.

Bəs görəsən, müharibə Azərbaycan şou-biznesinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Polemika.az-a danışan meyxanaçı-müğənni Samirə Yusifqızı qeyd edib ki, hər iki ölkə Azərbaycanın mühüm ticarət tərəfdaşıdır və müharibə öz təsirini bizə də göstərəcək:

“Allah göstərməsin ki, belə davam etsin, çünki belə davam etsə, vəziyyət çox pis olacaq. Azərbaycanın bəlkə də 50 faiz əhalisi Rusiyanın və Ukraynanın pulu ilə dolanır. Orada işləyən, pul qazanan nə qədər azərbaycanlı var. Hamısı ailə saxlayır. Hər işləyən bir azərbaycanlı arxasında bir ailə saxlayır, onları dolandırır. İndi onlar hamısı qayıdıb vətənə gəliblər, işləri dayanıb. Bundan sonra vəziyyət necə olacaq bilmirik, bu fikirlər məni çox narahat edir. Çox fikir edirəm. Allah eləsin, bu müharibə tezliklə bitsin. İşləyənlər hamısı yenidən qayıtsın. Əks halda, mən yaxşı şeylər görmürəm”.

Söz ustadı Rusiya-Ukrayna ziddiyyətlərinin dinc həllinin Azərbaycan üçün mühüm olduğunu deyib və indiki vəziyyətin Vətən müharibəsini xatırlatdığını bildirib:

“Biz torpaqlarımızı 44 günə düşməndən aldıq, hələ Türkiyə və başqa ölkələrdən mənəvi dəstəyimiz vardı. İndi təsəvvür edin Ukrayna nə qədər böyük dövlətdir, bundan əlavə Rusiya da hegemon dövlətdir. Ona görə bu müharibənin nə qədər çəkəcəyi bilinmir. Mən son 2-3 gündür çox fikirləşirəm. Tək özümü, öz qazancımı  düşünmürəm. Tək başı saxlamağa nə var ki? Amma ətrafımda nə qədər insan var... Dünən Ukraynadan gələn soydaşlarımız mənə qatardan görüntülər atmışdılar. İnsanlar nə vəziyyətdə, üst-üstə vətənə dönüblər. Görüntülər mənə 41-45 müharibəsini xatırlatdı. O zaman da belə vəziyyət idi. İnsdanların çəkdiyi əzablar bir anlıq gözümün önündən keçdi. O mənzərədən sonra özümə gələ bilmirəm, çox pis olmuşam. Ümid edirəm ki, bu məsələ tez həllini tapar, insanlar geri dönər, işlərinin başında olar. Əgər belə davam edərsə, üfüqdə yaxşı heç nə görünmür. Biz pulumuzu ordan qazanıb gətirib ailə saxlayırdıq, görün indi bunun nəticələri nə olacaq...”

Əsmətxanım Rzazadə

"Biz pulumuzu ordan qazanırdıq" - Müharibə şou-bines əhlinin "belini qırıb" - Samirə