Ajda Pekkanın geyimi sərt qınandı - Cavab verdi

Ajda Pekkanın geyimi sərt qınandı - Cavab verdi

Ajda Pekkanın geyimi sərt qınandı - Cavab verdi

Türkiyəli ulduz Ajda Pekkanın geyimi qalmaqal yaradıb.

Polemika.az xəbər verir ki, 75 yaşlı sənətçi ötən gün qatıldığı toyda geyindiyi xəzi ilə diqqət çəkib.

Onun kürkünün həqiqi dəri olduğunu iddia edənlər müğənnini qınaq atəşinə tutub. Maqazin proqramlarından birinə telefonla bağlanan A.Pekkan kürkünün həqiqi dəri olmadığını, hər zaman heyvanları müdafiə etdiyini bildirib:

"Sizcə, mən belə bir şey edərəm? Mən əsla xəz geyinmirəm. Heyvanları sevirəm, yaşadığım yer pişik evi kimidir. Mən onlara yemək verirəm, kömək edirəm. Həmişə heyvan hüquqlarına maddi dəstək verirəm. Heyvan hüquqlarını müdafiə edən bir adam əsl kürk geyinməz”.

 

Ajda Pekkanın geyimi sərt qınandı - Cavab verdi