“Bild” Rusiyanın Ukraynaya “birləşmə” “planını” dərc edib

“Bild” Rusiyanın Ukraynaya “birləşmə” “planını” dərc edib

“Bild” Rusiyanın Ukraynaya “birləşmə” “planını” dərc edib

Alman tabloidi Bild iddia edir ki, Rusiya Ukraynanı İttifaq Dövlətinə “birləşdirəcək”.

Polemika.az xəbər verir ki, "Bild" məxfi xidmətlərin Rusiyanın Ukraynanı İttifaq Dövlətinə birləşdirmək iddiası ilə bağlı “planı” haqqında hesabat dərc edib.

Rusiya diplomatik missiyası alman nəşrinə bildirib ki, nəşrin dərc etdiyi “plan” diplomatların prinsipcə şərh etmədiyi “qəribə fərziyyə və şayiə qarışığıdır”.

Moskva dəfələrlə Qərbin və Ukraynanın “aqressiv hərəkətlər”lə bağlı ittihamlarını rədd edib və heç kimə hücum etmək fikrində olmadığını bəyan edib.

Nəşrin yazdığına görə, Rusiya guya fevral və ya mart aylarında “işğal” planlaşdırır və uğurlu hərbi faza baş verərsə, “kukla Rusiyayönlü hökumət” yaratmağa başlayacaq. Sadalanan “planlar” arasında şəhərlərin mühasirəyə alınması, yeni “sadiq” Radanın seçilməsi, hətta müqavimət göstərənlər üçün xüsusi düşərgələr də var ki, onların siyahıları artıq hazırlanır.

"Bild" iddia edir ki, Moskvanın son məqsədi Rusiya, Belarus və Ukraynadan ibarət İttifaq Dövləti yaratmaqdır.

Sözügedən məqalə "Bloomberg"in oxşar xəbərindən sonra dərc olunub. 

“Bild” Rusiyanın Ukraynaya “birləşmə” “planını” dərc edib