ASB İran əleyhinə sanksiyaları ləğv etməyə hazırdır

ASB İran əleyhinə sanksiyaları ləğv etməyə hazırdır

ASB İran əleyhinə sanksiyaları ləğv etməyə hazırdır

ABŞ İrana qarşı Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) zidd olan sanksiyaları ləğv etməyə hazırdır.

Polemika.az "RİA Novosti"yə istinadla xəbər verir ki, bunu ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirib.

O, BMT Təhlükəsizlik Şurasının iclası çərçivəsində verdiyi bəyanat verib.

Linda Tomas-Qrinfildin sözlərinə görə, İranın eyni şəkildə davrandığı müddətcə ABŞ prezidenti Co Bayden Vaşinqtonun nüvə sazişinin şərtlərinə əməl etməyə qayıtmağa hazırdır.

“Biz JCPOA üzrə öhdəliklərimizə cavab verməyən sanksiyaları ləğv etməyə tam hazırıq ki, bu da İrana razılaşmanın təmin etdiyi iqtisadi faydaları əldə etməyə imkan verəcək”, - deyə diplomat qeyd edib.

Bundan əvvəl, oktyabrın 27-də Dövlət Departamentinin sözçüsü bildirib ki, ABŞ İranla nüvə sazişi üzrə danışıqları bərpa etməyə hazırdır. Onun sözlərinə görə, Amerika tərəfi Vyanaya qayıtmağa, Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) üzrə razılaşmalar əldə etməyə və onları həyata keçirməyə hazırdır.

İranla bağlı JCPOA sazişi Tehran və altı vasitəçi ölkə arasında 2015-ci ilin yayında bağlanıb. Daha sonra İran razılaşmaları kobud şəkildə pozdu. 2018-ci ilin may ayının əvvəlində ABŞ sazişdən birtərəfli şəkildə çıxdığını və anti-İran sanksiyalarının bərpa olunduğunu elan etdi. Tehran da öz növbəsində 2020-ci ilin yanvarında JCPOA üzrə sazişlərdən imtina etdiyini açıqlayıb.

ASB İran əleyhinə sanksiyaları ləğv etməyə hazırdır