ABŞ Dövlət Departamenti ruslar haqqında tərifi: "Evsiz millət"

ABŞ Dövlət Departamenti ruslar haqqında tərifi: "Evsiz millət"

ABŞ Dövlət Departamenti ruslar haqqında tərifi: "Evsiz millət"

ABŞ Dövlət Departamenti Amerika vizası almaq istəyən rusları “evsiz vətəndaş” kimi təsnif edib.

Polemika.az APA-ya istinadla xəbər verir ki, bu barədə məlumat Departamentin saytında dərc olunub.

Məlumatla bağlı aydınlıq gətirilir ki, o ölkələrin vətəndaşlarını bu kateqoriyaya aid edirlər ki, onların ABŞ–da konsulluq missiyası yoxdur və ya siyasi vəziyyəti qeyri-sabit hesab edilir. Bu isə diplomatik missiya işçilərin vətəndaşlarının viza üçün müraciətlərinə baxmasına imkan vermir. Bu halda, ərizəçilər bir və ya bir neçə qonşu ölkənin konsulluğuna müraciət edir.

Qeyd olunur ki, hazırda ruslar Amerika vizası üçün Polşanın paytaxtı Varşavada müraciət edə bilərlər.

Ümumilikdə on ölkənin vətəndaşları “evsiz millətlər” siyahısına daxil edilib. Bunların arasında Venesuela, Yəmən, İran, Kuba, Liviya, Suriya, Somali, Cənubi Sudan və Eritreya var.

ABŞ Dövlət Departamenti ruslar haqqında tərifi: "Evsiz millət"