Bakıda səfirin maşını qəzaya düşdü

Bakıda səfirin maşını qəzaya düşdü

Bakıda səfirin maşını qəzaya düşdü

Litvanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Eqidius Navikas avtomobil qəzasına düşüb.

Polemika.az "Report"a istinadla xəbər verir ki, hadisə Yasamal rayonunun N.Nərimanov prospektində qeydə alınıb.

Elnur İsayevin idarə etdiyi avtomobillə səfirin sürdüyü nəqliyyat vasitəsi toqquşub. Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır.

Bakıda səfirin maşını qəzaya düşdü