“Beşiktaş” Sergen Yalçınla bağlı qərarını açıqladı
“Beşiktaş” Sergen Yalçınla bağlı qərarını açıqladı
"Beşiktaş" baş məşqçisi Sergen Yalçınla bağlı son qərarını açıqlayıb.
Polemika.az NTV-yə istinadən xəbər verir ki, bu məlumatı İstanbul təmsilçisinin vitse-prezidenti Emre Kocadağ Türkiyə mətbuatına açıqlamasında deyib. O, baş məşqçi ilə yollarını ayırmayacaqlarını söyləyib.
Qeyd edək ki, "Beşiktaş" Superliqanın son turunda evdə "Giresunspor"a 0:4 hesabı ilə uduzub. Komanda hazırda 20 xalla 10-cu pillədə qərarlaşıb və lider "Trabzonspor"dan 16 xal geridədir.