Bayramda gələn TƏHLÜKƏ: "Bir neçə heyvanın ətini qarışdırırlar..."

Bayramda gələn TƏHLÜKƏ: "Bir neçə heyvanın ətini qarışdırırlar..."

Bayramda gələn TƏHLÜKƏ: "Bir neçə heyvanın ətini qarışdırırlar..."

Novruz bayramı dedikdə ilk yada düşən şəkərbura, paxlavadır. Bayramı çeşid-çeşid yeməksiz, salatsız təsəvvür etmək olmur.

Çoxumuz ətli və yağlı yeməklərin üzərindən bir də çayla şəkərbura-paxlava yeyirik. 

Bəs bayramı kilo almadan başa vurmaq üçün nələr etmək lazımdır?

Mövzu ilə bağlı Polemika.az-a danışan dietoloq Məshəti Hüseynova qeyd edib ki, mədəyə verilən bu 2-3 günlük “bayram”ın fəsadları ağır ola bilər:

“Orqanizmimiz bayram, ad günü, toy kimi məhfumları qəbul etmir. Onun standart çalışma mexanizmi olduğuna görə bayram günlərində də qida rejiminin pozulması məsləhət deyil. Bir neçə gün ərzində bu qida rejimi pozulduğu təqdirdə bunlar daha sonra sağlamlığımızdakı problemlər şəklində qarşımıza çıxır. Bayramda ən çox edilən səhvlərdən biri bayram günü süfrəyə həddindən artıq çox yemək düzülməsidir. Ən böyük problem budur. Bundan başqa, edilən səhvlərdən biri də bir neçə heyvanın ətinin qarışdırılmasıdır. Məsələn, süfrəyə həm balıq, həm ət, həm toyuqdan hazırlanmış müxtəlif çeşiddə yeməklər düzülür. Bu, yolverilməzdir, çünki həmin qidalar hamısı eyni vaxtda qəbul edildikdə həzm prosesi ağırlaşır və bu da gələcəkdə maddələr mübadiləsinin pozulmasına, həmin qidanın həzm olunmamasına gətirib çıxarır. Ümumiyyətlə, yaxşı olar ki, bu yeməklər menyular şəklində bölünsün, bayramın bir günündə bir çeşid yemək, digər günlərdə də başqa yemək hazırlansın”.

Dietoloq bayram süfrəsində salatlara xüsusilə diqqətli yanaşmağı məsləhət görüb:

“Bayram günü salatlara diqqət etmək vacibdir. Əsasən, mayonezli və xamalı salatlar hazırlanır ki, onların tərkibi bişmiş tərəvəzlərdir, bir çox hallarda salatlara yumurta da əlavə edilir. Bu qidalar tez xarab olmağa meyillidir. Onlar uzun müddət qaldıqda, növbəti günə saxlanıldıqda qida dəyəri aşağı düşür. Yaxşı olar ki, salatlar hazırlandıqdan 6 saat müddətində yeyilsin və sabaha saxlanmasın.

Bayramda xəstələr yediklərinə daha çox diqqət etməlidirlər. Gənclər bunun mənfi reaksiyasını dərhal görmür, amma yüksək təzyiqdən, şəkərli diabetdən əziyyət çəkənlər, mədəsində problem olanlar bunu dərhal hiss edir”.

Əsmətxanım RZAZADƏ 

Bayramda gələn TƏHLÜKƏ: "Bir neçə heyvanın ətini qarışdırırlar..."