Bakı və İrəvan vasitəçisiz danışa bilərmi? - "Ermənistan tərəfi hər dəfə hiyləgər addımlarla cavab verib"

Bakı və İrəvan vasitəçisiz danışa bilərmi? - "Ermənistan tərəfi hər dəfə hiyləgər addımlarla cavab verib"

Bakı və İrəvan vasitəçisiz danışa bilərmi? - "Ermənistan tərəfi hər dəfə hiyləgər addımlarla cavab verib"

“Azərbaycanın Ermənistana sülh sazişinin ilkin bazasını əks etdirən şərtləri təqdim etməsi məhz beynəlxalq hüququn fundamental norma və prinsiplərindən irəli gəlir”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi İlyas Hüseynov deyib.

O, Azərbaycan və Ermənistan arasındakı danışıqların gələcəkdə vasitəçisiz həyata keçirilməsi ilə bağlı Mövlud Çavuşoğlunun fikirlərini şərh edib:

“Bu 5 şərt uzun müddətdir ki, rəsmi Bakının elan etdiyi prioritetlərdir. Onlar sərhədlərin delimitasiyası, nəqliyyat əlaqələrinin bərpası, Azərbaycanın ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşı, həm də Ermənistanı siyasi müstəqilliyə çağırışdır. çünki hazırda Ermənistan müxtəlif geosiyasi oxlara istiqamətlənərək özü üçün dividentlər qazanmağı düşür.

Mövlud Çavuşoğlunun Antalya Diplomatik Forumunda Ararat Mirzoyana Azərbaycan və Ermənistan arasındakı münasibətləri ikilikdə həll etmə çağırışı çox düzgün yanaşmadır. Çünki ATƏT-in Minsk qrupu elə fəaliyyət dövrünün ilk çağlarından daha çox həmsədr dövlətlərin (Fransa, ABŞ və Rusiya) regional maraqlarını güdüb".

Mütəxəssis, həmçinin vurğulayıb ki, sərhədlərin delimitasiyasında Rusiya da, Aİ də yardımçı olmaq istəyir:

"SSRİ-yə aid hərbi xəritələrə görə Rusiyanın imkanları bir qədər genişdir, lakin istənilən halda komissiyanı ikitərəfli formada təşkil etmək və bu delimitasiya prosesini icra etmək mümkündür. Buna görə də, sülh sazişinin ilkin konturları ilə bağlı rəsmi Bakının mövqeyi bəllidir, lakin bu yöndə çağırışlara Ermənistan tərəfi hər dəfə hiyləgər addımlarla cavab verib.

Məsələn, 5 maddədən hər hansısa maddəni ayrıca götürüb işi davam etdirmək istəyirlər. Bizim üçün qırmızı xətlər ərazi bütövlüyü, suverenlik və sərhədlərin toxunulmazlığı prinsipləri kənarda qalır. Bu da Azərbaycan üçün məqbul deyil”, - deyə mütəxəssis yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Bakı və İrəvan vasitəçisiz danışa bilərmi? - "Ermənistan tərəfi hər dəfə hiyləgər addımlarla cavab verib"