Azərbaycanlı oğru: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”

Azərbaycanlı oğru: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”

Azərbaycanlı oğru: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”

“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”. 

Polemika.az xəbər verir ki, Daxili İşlər Nazirliyi mətbuat xidmətinin şöbə rəisi, polis mayoru, Elşad Hacıyev lent.az-a bildirib ki, bu sözləri, Astarada oğurluq etdiyi üçün saxlanılan Bəhruz Səmədov deyib:

“Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər, rahat oğurluq edə bilim. Ən böyük qorxum polis idi. Bilirdim ki, izləyirlər məni. Nəhayət faktla tutdular. Əməlimdən peşimanam”.

Polis mayorunun sözlərinə görə, bu sözləri deyən Astara rayonunda fermadan ümumi dəyəri 3800 manat olan texniki avadanlıqları oğurlamaqda şübhəli bilinən Bəhruz Səmədov tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, ötən gün saxlanılan daha bir saqqallı Fəqan Məmmədovdur. O, isə Astarada azyaşlı qızın pullarını soyğunçuluqla əlindən alıb. 

Azərbaycanlı oğru: “Saqqalı ona görə saxlayıram ki, məndən şübhələnməsinlər”