Qonşuda koronavirus MƏNZƏRƏSİ: 117 nəfər öldü

Qonşuda koronavirus MƏNZƏRƏSİ:

Qonşuda koronavirus MƏNZƏRƏSİ: 117 nəfər öldü

İranda ötən sutka ərzində 3223 nəfər koronavirusa (COVID-19) yoluxub, 117 nəfər ölüb.

Polemika.az-ın məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da İranda bu virusdan ölənlərin sayı 139 180 nəfərə, yoluxanların sayı isə 7 130 129 nəfərə çatıb. Virus daşıyıcılarından 2 531 nəfərin vəziyyəti ağır qiymətləndirilir.

Ölkədə indiyədək 6 791 854 nəfər koronavirusdan sağalıb, 48,3 milyondan çox diaqnoz testi həyata keçirilib.

Ümumilikdə, İranda 145 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 63,6 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56,3 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 25,3 milyon təşkil edir.

Qonşuda koronavirus MƏNZƏRƏSİ: 117 nəfər öldü