Ermənilər qadınları da orduya cəlb edib

Ermənilər qadınları da orduya cəlb edib

Ermənilər qadınları da orduya cəlb edib

"Ermənistan Silahlı Qüvvələrində qadın hərbçilərdən ibarət atəş dəstəsi yaradılıb".

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Respublikası müdafiə nazirinin müavini Arman Sarkisyan 28 fevral 2022-ci il tarixli Ermənistan Respublikası Hökumətinin Müdafiə və Təhlükəsizlik üzrə Milli Məclisinin Daimi Komitəsinin iclasında bəyan edib. 

“Qadınların Silahlı Qüvvələrə cəlb olunmasının artırılması məqsədi ilə müdafiə nazirinin 2021-ci il sentyabrın müvafiq əmri ilə Silahlı Qüvvələrdə qadın hərbçilərdən ibarət atıcılıq dəstəsi yaradılıb”, - deyə nazir müavini bildirib.

Sarkisyan qeyd edib ki, aktiv ehtiyat qüvvənin tətbiqi məqsədilə Ermənistanda “Hərbi xidmət və hərbçilərin statusu haqqında” qanununa dəyişiklik edilib. Silahlı Qüvvələrdə həqiqi hərbi xidmətin tətbiq olunacağı hərbi hissələr və ixtisaslar nəzərdə tutulub.

Çağırışçıların hərbi uçotunun bütövlüyünün təmin edilməsi, qeydiyyat sisteminin müasirləşdirilməsi məqsədilə çağırışçıların qeydiyyatı üçün vahid elektron məlumat bazasının və sisteminin yaradılması nəzərdə tutulur.

Ermənilər qadınları da orduya cəlb edib