“Bavariya” öz-özüylə yarışır - Rekord yeniləndi

“Bavariya” öz-özüylə yarışır

“Bavariya” öz-özüylə yarışır - Rekord yeniləndi

"Bavariya" futbol üzrə Almaniya Bundesliqasındakı rekordunu yeniləyib.

Polemika.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Məlumata görə, Münhen təmsilçisi buna sonuncu turda "Köln"ü 4:0 hesabı ilə darmadağın etməklə nail olub.

Yulian Nagelsmanın komandası ardıcıl 66 çempionat oyununda qol vurmaqla özünəməxsus göstəricini yaxşılaşdırıb. "Bavariya" daha əvvəl 2012 - 2014-cü illərdə Bundesliqada ardıcıl 65 qarşılaşmada fərqlənib.

Qeyd edək ki, münhenlilər 2020-ci ilin fevralında başlayan 66 oyunluq seriyada ümumilikdə 202 qol vurub.

“Bavariya” öz-özüylə yarışır - Rekord yeniləndi