Fatih Terimə 5 oyunluq cəza verildi

Fatih Terimə 5 oyunluq cəza verildi

Fatih Terimə 5 oyunluq cəza verildi

Türkiyə Futbol Federasiyası "Qalatasaray"ın baş məşqçisi Fatih Terimi sərt cəzalandırıb.

Polemika.az NTV-yə istinadən xəbər verir ki, buna 68 yaşlı mütəxəssisin Superliqanın 13-cü turunda "Fənərbaxça"ya uduzduqları (1:2) görüşdə baş hakim Halil Umut Meleri təhqir etməsi səbəb olub. Ona 5 oyunluq cəza verilib.

Terim oyunda qırmızı vərəqə alaraq texniki zonadan qovulmuşdu. 

Beləliklə, Fatih Terim qırmızı vərəqəyə görə ümumilikdə 6 qarşılaşmada komandasının yanında ola bilməyəcək.

 

 

 

Fatih Terimə 5 oyunluq cəza verildi