Baş Prokurorluq: Psixi xəstələr 14 nəfəri öldürüb

Baş Prokurorluq: Psixi xəstələr 14 nəfəri öldürüb

Baş Prokurorluq: Psixi xəstələr 14 nəfəri öldürüb

2020-2021-ci illərdə Azərbaycanda psixi pozuntusu olan şəxslər tərəfindən 14 qəsdən adam öldürmə hadisəsi törədilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Polemika.az-ın sorğusuna cavab olaraq, bildirilib ki, 2020-ci ildə 159 qəsdən adam öldürmə hadisəsinin 11-ni, 2021-ci ildə isə 156 qəsdən adam öldürmə hadisəsinin 3-nü psixi pozuntusu olan şəxslər törədib.

Qeyd edək ki, cinayəti anlaqsız vəziyyətdə törətmiş şəxsin psixi pozuntusu özünə və ya başqa şəxslərə zərər yetirməsi təhlükəsi yaratdıqda həmin şəxslərin barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsələsinə baxılması üçün toplanmış iş məhkəməyə göndərilir.

Məhkəmənin qərarı ilə belə şəxslərə tibbi xarakterli məcburi tədbirlərdən biri təyin edilir.

Baş Prokurorluq: Psixi xəstələr 14 nəfəri öldürüb