“Bakıya ailəmi, hətta balaca itimi də gətirmişəm” - Eddi

“Bakıya ailəmi, hətta balaca itimi də gətirmişəm” - Eddi

“Bakıya ailəmi, hətta balaca itimi də gətirmişəm” - Eddi

"Azərbaycana qayıtmağıma, bu cür komandanın şərəfini qorumağıma şadam".

Polemika.az xəbər evrir ki, bu sözləri "Neftçi"nin yeni transferi Eddi İsrafilov jurnalistlərə açıqlamasında deyib.

Polemika.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "bu gözəl layihənin bir parçası olmaq üçün səbirsizləndiyini" bildirib: "Qarşıda bizi təlim-məşq toplanışı gözləyir. Bundan sonra keçirəcəyimiz ilk rəsmi oyuna 100 faiz hazır olacağam".

Təcrübəli oyunçu Azərbaycan dilini bilmədiyini etiraf edib: "Burada yaşadığım müddətdə əsas məqsədlərimdən biri bu dili öyrənmək, daha da mükəmməlləşdirmək olacaq. Anam 3-4 yaşımadək mənimlə rus dilində danışıb. Ona görə rus dilini bir az bilirəm. Amma çox istifadə etmədiyimə görə artıq unuduram".

O, "Neftçi"yə keçməmişdən öncə başqa təkliflərinin olduğunu da diqqətə çatdırıb: "Amma mən bu barədə danışmaq istəmirəm. Hazırda "Neftçi"nin futbolçusuyam və burada olduğum üçün xoşbəxtəm".

İsrafilov Azərbaycana ailəsi ilə birlikdə gəldiyini vurğulayıb: "Qızım yenicə dünyaya göz açıb. Bakıya ailəm, hətta balaca itim var, o da gəlib. Hamımız burada xoşbəxt yaşayacağıq".

Futbolçu "Neftçi"dən gələn təklifə anası İradə İsrafilovanın da çox sevindiyini əlavə edib: "Bunlar şəxsi məsələlərdir, ona görə də çox danışmaq istəmirəm".

Qeyd edək ki, Eddi israfilov "Neftçi" ilə 2,5 illik müqavilə imzalayıb.

“Bakıya ailəmi, hətta balaca itimi də gətirmişəm” - Eddi