Azərbaycanlı qız erməni müğənnini belə təbrik etdi - Video

Azərbaycanlı qız erməni müğənnini belə təbrik etdi

Azərbaycanlı qız erməni müğənnini belə təbrik etdi - Video

Parisdə keçirilən “Uşaq Avroviziyası - 2021” mahnı müsabiqəsinin qalibi bəlli olub.

Polemika.az xəbər verir ki, müsabiqənin qalibi 224 xalla Ermənistan təmsilçisi Malena olub.

Azərbaycan 151 xalla beşinci yeri tutub. İkinci pillədə Polşa, üçüncü yerdə Fransa, dördüncü yerdə isə Gürcüstan qərarlaşıb.

Azərbaycanı yarışmada “One of those days” mahnısı ilə Sona Əzizova təmsil edib.

Qaliblər bəlli olduqdan sonra Sona Ermənistan təmsilçisini qucaqlayaraq təbrik edib. Sonanın bu hərəkəti geniş müzakirələrə səbəb olub. Düşmən ölkə təmsilçiisni təbrik etdiyinə görə onun qınayanlar da olub.

Qeyd edək ki, bu hadisə sosial şəbəkələrdə birmənalı qarşılanmasa da, Ermənistandan fərqli olaraq Azərbaycanda uşaqların siyasətə alət edilmədiyinin, onlarda başqa xalqlara qarşı nifrət aşılanmadığının sübutudur.

Həmin görüntüləri təqdim edirik:

Azərbaycanlı qız erməni müğənnini belə təbrik etdi - Video