“Tədbirlərə tək getməyə qoymur” - Nigara qadağa

“Tədbirlərə tək getməyə qoymur” - Nigara qadağa

“Tədbirlərə tək getməyə qoymur” - Nigara qadağa

"Danışmağa qorxuram. Sosial şəbəkədə soyadımı dəyişdim, fotomu sildim. Nişan şəklimi də çox saxlamamışdım. Yoldaşım sənət aləminə, sosial şəbəkəyə alışmayıb. O qədər ailə quran sənətçilər var ki, bütün günü görüntü paylaşırlar. Konsertə, toya gedirlər".

Polemika.az xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova "Xəbər-ətər" verilişində deyib. Bir müddət əvvəl hərbçi nişanlısı Xəyyamla nikah masasına oturan xanəndə yaşadığı problemlərdən danışıb.

O bildirib ki, həyat yoldaşı ona tədbirlərə tək getməyi qadağan edib:

"Gizli saxladım, dedilər nədən qorxursan? Belə qərara gəldim ki, kim nə istəyir yazsın. Götürdülər ayrılıq xəbəri yazdılar. Bir ay tamam olmayıb, ayrıldıq? Ailəmə söz-söhbət salırlar. Sənət aləmindən uzaqdır, uzaq durmağa çalışır. Ağır yaralanmışdı, snayperlə dizindən vurulmuşdu. Ağır əməliyyatlar keçirdi, ona görə neçə vaxtdır evdəydi. Dedim ki, mənimlə konsertə gedək, razılaşmadı. Tək getməyə qoymur, xalam nəvəsiylə getdim. Deyir, məni o aləmə qatma, öyrəşə bilmərəm. Deyir, mənim xasiyətimlə bu atmosfer başqadır. Niyə ailəyə soyuqluq qatır, söz-söhbət salırsız?"./Axsam.az

“Tədbirlərə tək getməyə qoymur” - Nigara qadağa