Azərbaycanlı milyarder müharibəni dayandırmağa çağırdı

Azərbaycanlı milyarder müharibəni dayandırmağa çağırdı

Azərbaycanlı milyarder müharibəni dayandırmağa çağırdı

Rusiyanın “LUKoyl” şirkətinin Direktorlar Şurası Ukraynada müharibənin dayandırılması üçün çağırış edib.

Polemika.az xəbər verir ki, Direktorlar Şurası bununla bağlı şirkətin sərmayədarlarına, əməkdaşlarına və müştərilərinə müraciət ünvanlayıb.

Müraciətdə Ukraynada baş verən faciəvi hadisələrdən narahatlıq ifadə olunub, silahlı qarşıdurmaya tezliklə son qoyulmasına və münaqişənin danışıqlar yolu ilə həllinə çağırış edilib.

Bildirilib ki, şirkət bütün ölkələrdə və regionlarda fəaliyyətini sabit davam etdirməyə, dünyanın hər yerində istehlakçılarının enerji ilə etibarlı təminatına çalışır.

Xatırladaq ki, Rusiyanın ikinci böyük neft şirkəti olan “LUKoyl”un Direktorlar Şurasına 11 nəfər daxildir. Şirkətin prezidenti Azərbaycan əsilli iş adamı Vahid Ələkbərovdur. 

O, bu il 14 milyard dollar, yəni sərvətinin 60 faizini itirib. “Bloomberg”in qiymətləndirməsinə əsasən, hazırda Vahid Ələkbərovun sərvəti 8,8 milyard dollar təşkil edir./Modern.az

Azərbaycanlı milyarder müharibəni dayandırmağa çağırdı