Azərbaycanlı futbolçu Polşa klubuna keçdi

Azərbaycanlı futbolçu Polşa klubuna keçdi

Azərbaycanlı futbolçu Polşa klubuna keçdi

Azərbaycanlı futbolçu Riad Abbaszadə karyerasını Polşada davam etdirəcək.

 22 yaşlı yarımmüdafiəçi 4-cü divizion təmsilçisi “Oskar”a keçib.

Polemika.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla imzalanan müqavilənin müddəti açıqlanmayıb.

Qeyd edək ki, Riad Abbaszadənin son klubu “Qarabağ” olub. O, Ağdam təmsilçisinin əvəzedici komandasında oynayıb. Abbazadə “Qarabağ”dan mövsümün əvvəlində ayrılıb. Futbolçu U-19 millimizdə də çıxış edib.

Azərbaycanlı futbolçu Polşa klubuna keçdi