“Qarabağ” “Keşlə”yə qalib gəldi
“Qarabağ” “Keşlə”yə qalib gəldi
Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura start verilib.
Polemika.az xəbər verir ki, lider "Qarabağ" "Keşlə"ni qəbul edib və 1:0 hesabı ilə qalib gəlib. "Qarabağ"ın qələbə qolunun müəllifi Ramil Şeydayev olub.
Qeyd edək ki, turun digər matçları 20-21 noyabr tarixlərində keçiriləcək.
19 noyabr (cümə)
19:00. “Qarabağ” – “Keşlə” - 1:0
Qol: Ramil Şeydayev, 49
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Kamranbəy Rəhimov
Azersun Arena