Mustafa Denizli istefa verdi

Mustafa Denizli istefa verdi

Mustafa Denizli istefa verdi

Türkiyənin "Altay" futbol klubunun baş məşqçisi Mustafa Denizli istefa verib.

Polemika.az xəbər verir ki, bu barədə İzmir klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Məlumatda bildirilib ki, 73 yaşlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Xatırladaq ki, Dənizli ötən ilin aprelindən "Altay"ı çalışdırırdı.

Qeyd edək ki, Mustafa Denizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran"ın baş məşqçisi olub.

Mustafa Denizli istefa verdi