Bakıda koronavirusa görə bağlanan məşhur məktəb açıldı

Bakıda koronavirusa görə bağlanan məşhur məktəb açıldı

Bakıda koronavirusa görə bağlanan məşhur məktəb açıldı

Paytaxtdakı 20 nömrəli məktəb-liseydə əyani dərslər bərpa edilib.

Polemika.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil idarəsi məlumat yayıb.

Fevralın 3-dən paytaxtdakı 20 nömrəli məktəb-lisey yenidən distant tədrisə keçmişdi. 20 nömrəli məktəb-lisey şagird və müəllimlər arasında koronavirus infeksiyası yayıldığına görə ötən il oktyabrın 18-dən iki həftəlik distant tədrisə keçmiş, oktyabrın 30-dan isə karantinin müddəti daha 10 gün uzadılmışdı. Ötən ilin noyabrın 11-dən isə əyani tədrisə geri dönmüşdü.

Xatırladaq ki, Bakıda 149 və 184 nömrəli tam orta məktəblərdə də bu gündən əyani dərslər bərpa edilib.

Nəzrin Vahid

Bakıda koronavirusa görə bağlanan məşhur məktəb açıldı