Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası: Sənəddə nə dəyişilməlidir?

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası: Sənəddə nə dəyişilməlidir?

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası: Sənəddə nə dəyişilməlidir?

2007-ci ildə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası qəbul olunub. Konsepsiyanın bir sıra müddəaları artıq yeni reallıqları əks etdirmir. Sənəddə Azərbaycan ərazilərinin Ermənistanın işğalından azad edilməsi, Qarabağ münaqişəsinin nizamlanmasında yeganə vasitəçinin ATƏT-in Minsk qrupu olması və s. köhnəlmiş müddəalar mövcuddur. Belə olan halda Konsepsiyanın dəyişdirilməsinə ehtiyac varmı və Azərbaycanın milli təhlükəsizliyinə dair yeni sənədi kim hazırlamalıdır?

Polemika.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri Əziz Əlibəyli xatırladıb ki, Milli Təhlükəsizlik Konsepsiyası ilə bağlı 2007-ci ildə Prezidentin sərəncamına paralel 2 fevral 2021-ci ildə Azərbaycanın Sosial İqtisadi İnkişafına dair Milli Prioritetlər qəbul edilib.

"Bu iki sənəddə üst-üstə düşən məqamlar nədir?  Əvvəla, Mili Priotitetlər imkan verməlidir ki, dayanıqlı, artan, rəqabət qabiliyyətli iqtisadiyyatımız və inklüziv, ədalətli cəmiyyətimiz olsun, innovasiyalar məkanı yaradılsın. İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış”la bağlı bundan əvvəlki konsepsiyada bununla bağlı yalnız vəzifələr ortaya qoyulurdusa, indi ümumi vəzifələr qoyulmalıdır.

Konkret olaraq “Böyük Qayıdış” məsələsi öz həllini tapmalıdır. Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası 2020-ci ilə qədər bölgədə Ermənistanın hərbi təcavüzünə məruz qalmış Azərbaycan üzərində həyata keçirilirdi, təxminən 1 milyona yaxın məcburi köçkün və qaçqın ordusu vardı. İndi təhlükəsizlik mühitini işğal altındakı torpaqların azad edilməsi anlayışı dəyişdi. “Böyük Qayıdış” Milli Prioritetlərdə müəyyən edilib və təhlükəsizlik mühiti çərçivəsinə daxil olub.

Beynəlxalq aləmdə hibrid müharibəş dönəminə qədəm qoymuşuq. Bu dönəmdə isə Ermənistanla bir sıra beynəlxalq məhkəmələrdə, o cümlədən mədəni soyqırımı müstəvisində mübarizə aparmağa məcburuq. Konsepsiyaya terrorçuluqla bağlı hissə də təşkil edilib. Baxmayaraq ki, əvvəlcə də bu anlayış nəzərdə tutulmuşdu. Amma sartıq ümumi şəkildən konkret faktlarla izah etməli oluruq. 10 noyabr 2020-ci ildə imzalanmış bəyanatın 4-cü bəndinə əməl olunmayıb. O bənddə əsasən, Rusiya sülhməramlıları daxil olarkən ona paralel bölgəni erməni silahlıları tərk etməlidir. Azərbaycan qanunvericiliyinə görə, bölgədəki silahlılar terrorçu hesab olunurlar. 

Nəhayət, Qoşulmama Hərəkatı prizmasından bir bənd əlavə olunmalıdır: bölgədə, artıq postmüharibə reallıqlarına uyğun əməkdaşlığı təşviq edirik. Real olaraq Qafqaz və yaxud bəzi əməkdaşlıq modelləri üzərində konseptual iş aparırıq. 

Düşünürəm ki, burada qeyri-qanuni miqrasiya, terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, insan alveri, narkotiklə bağlı onun daşınması, istifadəsi, ümumi qaçaqmalçılıq və s. olmalıdır. Məni narahat edən bir məsələ də minalarla bağlı olan bir məsələlərdir. Eyni zamanda, atılmış formada çoxlu sayda müxtəlif silah növləri var. Bu məsələ də Milli Təhlükəsizlik Konsepsiyasında əlavə olunmalıdır. 

Çox önəmli məsələlərdən biri də kommunikasiyalarla bağlı hissədir. Çünki dezinformasiya dövlətlərin sütununu, milli təhlükəsizliyini və bilavasitə müstəqilliyini təhdid edir. 

Artıq Türkiyə ilə hərbi təhlükəsizlik sahəsində əməkdaşlığımız var. 2007-ci ilin reallıqları fərqli olub. Hətta Türkiyə ilə Azərbaycan arasında hərbi əməkdaşlıqla bağlı müqavilə 2010-cu ildə imzalanıb. Yəni həmin konsepsiyanın imzalanmasından 3 il sonra. Artıq 2021-ci ilin 15 iyununda Şuşa Bəyannaməsinin imzalanması, daha sonra bu il həmin bəyannamənin qanunverici orqanlar tərəfindən təsdiqindən sonra artıq regional təhlükəsizliklə bağlı doktrinalarımız dəyişdi və çox genişləndi”.

Rafi Müslümov

Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası: Sənəddə nə dəyişilməlidir?