“İranın geri addım atmasının ən böyük səbəbi 40 milyon Azərbaycan türküdür”

“İranın geri addım atmasının ən böyük səbəbi 40 milyon Azərbaycan türküdür”

“İranın geri addım atmasının ən böyük səbəbi 40 milyon Azərbaycan türküdür”

“İran Cənubi Qafqazda təkləndi və Tehran düşünürdü ki, Moskvada heç olmasa, ən azı onların istəklərinə qarşılıqlı bir ifadələr işlənəcək, amma Rusiya da bu məsələdə, yəni İranın Araz çayından şimaldakı siyasi məsələlərə müdaxilə etməsinə kəskin reaksiya verdi”.

Bu sözləri Polemika.az-a açıqlamasında Bakı Politolqolar Klubunun rəhbəri, siyasi analitik Zaur Məmmədov deyib.

Onun sözlərinə görə, hadisələrin başlanğıcından Azərbaycan da öz prinsipial mövqeyini nümayiş etdirdi:

“İlin əvvəlindən rəsmi Bakı bir neçə dəfə Tehrana xəbərdarlıq edi. Düşündük ki, heç bir qalmaqal olmadan məsələni həll etmək olar, amma İran hər dəfə güc nümayiş etdirərək Laçın dəhlizi vasitəsilə Qarabağın dağlıq hissəinə gedən yüklərin sayını artırırdı və eyni zamanda, Ermənistanla Zəngəzur dəhlizinin açılmamasına yönəlik siyasət apardı. Azərbaycan da İrana qarşı sərt mövqe nümayiş etdirdi”.

Siyasi analitik qeyd edib ki, bu hadisələrdən sonra Azərbaycan XİN İrana qarşı nota və dövlət başçısı səviyyəsində bir neçə dəfə açıq fikir irəli sürülüb:

“Daha sonra İran Azərbaycanın daxilində hansısa qüvvələrlə hədələdi. Azərbaycan da bu istiqamətdə onlara adekvat cavab verdi. Biz heç zaman qoymarıq ki, kimlərsə burada Azərbaycan dövlətinə qarşı təxribat aparsın. Bunun nəticəsi olaraq İranın mövqeyi yumşaldı. İranın geri addım atmasının ən böyük səbəblərindən biri Cənubi Azərbaycanda yaşayan 40 milyon Azərbaycan türkünün mövcudluğudur. Təbii ki, bununla bağlı Türkiyə prezidenti Ərdoğanın da ifadələri var idi. Eyni zamanda, İrandakı azərbaycanlılar da demək olar ki, küçələrdə və digər yerlərdə hakimiyyəti, İranın Azərbaycana yönəlik siyasətini tənqid edirdi. Azərbaycanlılar İran cəmiyyətinin passiv hissəsi deyil. Onlar cəmiyyətin kifayət qədər aktiv hissəsidir, hətta İranın hərb sistemində də onların sayı kifayət qədər çoxdur”.

Ekspert vurğulayıb ki, ümumən İran azərbaycanlıları heç zaman dövlətin zəifləməsi istiqamətində addımlar atmayıb:

“Lakin əgər Azərbaycanın hissiyyatı ilə oynanılarsa, onların şimaldakı qan qohumlarına qarşı qeyri-adekvatlıq və təxribat siyasəti aparılacaqsa, təbii ki, ayağa qalxması inkar ediləsi məsələ deyil. Cənubi Azərbaycan faktoru İran cəbhəsində açıq rol oynayır və bu yumşalmaların, bəzi mülayim qərarların verilməsində bu faktor öz-özlüyündə böyük rol oynadı. Bu Azərbaycanın kifayət qədər ciddi resursudur və əgər İran Azərbaycanı buradakı qatı fanatik 5-10 şiəylə təhdid edirdirsə, İranda da Azərbaycan tərəfdarları daha çoxdur”.

Rafi Müslümov 

“İranın geri addım atmasının ən böyük səbəbi 40 milyon Azərbaycan türküdür”