"Azərbaycanda geyim anlayışı birmənalı deyil" - Modelyer

"Azərbaycanda geyim anlayışı birmənalı deyil" - Modelyer

"Azərbaycanda geyim anlayışı birmənalı deyil" - Modelyer

“Ümumiyyətlə, Azərbaycanda geyim anlayışı birmənalı deyil. Çünki müxtəlif geyim tərzləri var və hər kəs də öz tərzinə uyğun geyinir”.

Bunu Polemika.az-a açıqlamasında rəssam-modelyer Aysel Davudqızı bildirib.

O qeyd edib ki, gənclərimiz bu gün daha çox Avropa stili ilə ayaqlaşmağa çalışırlar:

“Hazırda “oversize” (bədənə boş qalan) geyimlərə daha çox üstünlük verirlər. Bu tərzdə geyinən çox zövqlü xanım və bəylərimiz var. Hər kəs öz tərzini yarada bilir, daima yenilik axtarışındadırlar. Rənglərə oynamağı və tonları bir-biri ilə uyğunlaşdırmağı xanımlarımızı çox yaxşı bacarır. 

Əvvəl çox vaxt ağ-qara geyimlərə üstünlük verirdilərsə, artıq al-əlvan rənglərə üstünlük verilir. Elə bu qarışıq çalarlar bu il trendidir. Fəslindən asılı olmayaraq, hər bir fəsildə al-əlvan rənglərlə zövqlü kombinlər ortaya çıxır”.

Modelyer əlavə edib: 

“Moda sahəsində bir çox gənc modelyerlər çalışırBu yaxınlarda 2021-ci ilin “Moda həftəsi” keçirilib. Hər il dünya defilələrində Azərbaycan modelyerlərinin hazırladığı geyimləri nümayiş etdirilir. Bu da həm ölkəmiz, həm də modelyerlerimiz üçün uğurdur”.

Ayzel

 

"Azərbaycanda geyim anlayışı birmənalı deyil" - Modelyer