8 nəfərin zəhərləndiyi dönərxana bağlandı

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı

Bakıda 8 nəfərin zəhərləndiyi iddia edilən "Dönər market" dönər evinin fəaliyyəti dayandırılıb.

Polemika.az Trend-ə istinadən məlumat verir ki, Daxili İşlər Nazirliyinin Nəsimi rayon Polis idarəsinin və Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları hadisə yerinə gəlib. "Dönər market" in fəaliyyəti tam dayandırılıb, ərazi lentlənib.

Hazırda obyektdə satılan dönərdən analizlər götürülür.

Qeyd edək ki, zəhərlənmə hadisəsi paytaxtın Nəsimi rayonu, metronun "28 May" stansiyasının yaxınlığında, "28 Mall" Ticarət Mərkəzinin qarşısındakı dönər evində baş verib.

Səhər saatlarında 8 nəfər zəhərlənmə ilə xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti orta ağırdır. 

8 nəfərin zəhərləndiyi dönərxana bağlandı