Azərbaycanda 2021-ci ilin ən yaxşı komandası məlum oldu

Azərbaycanda 2021-ci ilin ən yaxşı komandası məlum oldu

Azərbaycanda 2021-ci ilin ən yaxşı komandası məlum oldu

2021-ci ildə Premyer Liqada 117 oyun keçirilib.

Polemika.az xəbər verir ki, bunlardan 61-i 2020/21, 56-sı 2021/22 mövsümünə təsadüf edib. Bu matçlarda 288 qol vurulub.

Bu il ən çox xal toplayan komanda “Qarabağ” olub. İlin ən yaxşısı olan Qurban Qurbanovun komandası 30 oyunun 2/3-də qalib gəlib. 67 xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.

Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalır. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.(pfl.az) 

Azərbaycanda 2021-ci ilin ən yaxşı komandası məlum oldu