Mahirin komandası yenə məğlub oldu

Mahirin komandası yenə məğlub oldu

Mahirin komandası yenə məğlub oldu

Milli komandamızın hücumçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya"  Polşa çempionatında növbəti oyununa çıxıb

Polemika.az xəbər verir ki, Varşava təmsilçisi 12-ci turda səfərdə "Pyats"la qarşılaşıb  və 1:4 hesabı ilə uduzub. Bu, komandanın ölkə çempionatında ardıcıl 4-cü məğlubiyyəti olub.

M.Emreli də sözügedən görüşdə iştirak edib. Start heyətdə meydana daxil olan millimizin üzvü 90 dəqiqə oynayıb.

Qeyd edək ki, "Legiya" 9 xalla 15-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisinin ehtiyatda daha iki oyunu var. 

Mahirin komandası yenə məğlub oldu