Azərbaycan vətəndaşlığını əcnəbilər üçün necə cəlbedici etmək olar? - İqtisadçıdan şərh

Azərbaycan vətəndaşlığını əcnəbilər üçün necə cəlbedici etmək olar? - İqtisadçıdan şərh

Azərbaycan vətəndaşlığını əcnəbilər üçün necə cəlbedici etmək olar? - İqtisadçıdan şərh

Dünyanın bir çox ölkələrində vətəndaşlıq hüququ alma üçün müəyyən güzəştlər nəzərdə tutulur. Bu güzəştlər sırasında ölkəyə müəyyən olmuş həddə investisiya yatırma və ya daşınmaz əmlak alma daxildir. Qonşu Gürcüstan və Türkiyədə uzun illərdir bu praktika tətbiq olunur.

Azərbaycanda vətəndaşlıq almaq üçün oxşar güzəştlər mövcudurmu?

Polemika.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli birmənalı olaraq qeyd edib ki, Azərbaycanda bir çox ölkələrdə tətbiq olunan güzəştlər sadəcə yoxdur:

“Bir sıra ölkələrdə bu güzəştlər investisiya və daşınmaz əmlakla bağlıdır. Məsələn, Türkiyədə səhv etmirəmsə, 100 min dollardan çox daşınmaz əmlak alanın vətəndaşlıq hüququ yaranır. Çernoqoriyada bu hədd 250 min, Maltada isə 500 min avrodur. Yəni müxtəlif ölkələrin fərqli yanaşmaları var.

Xarici vətəndaşların Azərbaycanda iş, yəni rezidentura hüququ var. Onlar da müxtəlif vergi dərəcələrindən azad ediliblər. 

Ümumiyyətlə, Azərbaycanda vətəndaşlığın qəbulu və vətəndaşlıqdan çıxama Prezidentin müstəsna hüququdur, yəni Azərbaycanda qanunvericilik bu mənada daha sərtdir”.

Ekspertin sözlərinə görə, bəzi ölkələrdə yatırım çəkmək üçün belə qaydalar tətbiq olunur:

“Ölkənin vətəndaşlığına təşviq üçün ilk növbədə, onun xüsusi cəlbediciliyi olmalıdır. Yəni ölkə vətəndaşlığa qəbul olan şəxslərə müəyyən üstünlüklər verməlidir. Məsələn, bir çox ölkələrə vizasız gediş-gəliş və başqa üstünlüklər mövcuddur.

Keçmiş SSRİ vətəndaşları nəyə görə Maltada, Kiprdə, Balkan ölkələrində yatırım edib vətəndaşlıq alırlar? Çünki avtomatik olaraq həmin vətəndaşlıq onların Avropa Birliyi (AB) ölkələrinə vizasız girişini təmin edir. Azərbaycan vətəndaşlığının üstünlükləri və cəlbediciliyi üçün də AB ilə oxşar müqavilə olmalıdır. Belə olsa hətta bir çox Şərq ölkələrinin vətəndaşları Azərbaycanda yatırım etməklə vətəndaşlıq almaq istəyə bilərlər”, - deyə mütəxəssis fikrini yekunlaşdırıb.

Rafi MÜSLÜMOV

Azərbaycan vətəndaşlığını əcnəbilər üçün necə cəlbedici etmək olar? - İqtisadçıdan şərh