"Azərbaycan inandırıb ki, dəhliz olacaq" - Erməni deputat

"Azərbaycan inandırıb ki, dəhliz olacaq" - Erməni deputat

"Azərbaycan inandırıb ki, dəhliz olacaq" - Erməni deputat

“Azərbaycanda dəhliz adlanan yerdən – Zəngəzurdan faktiki olaraq hər gün danışırlar. Söhbət Ermənistan hakimiyyətinin rəsmi səviyyədə buna necə reaksiya verməsində deyil, problem ondadır ki, bu məsələ ilə bağlı pərdəarxası razılaşmalar olmasa belə, Azərbaycan və Türkiyə bundan imtina etmək üçün çox çətin görünən bəyanatlar səsləndirirlər”.

Polemika.az “Aysor”a istinadla xəbər verir ki, bu sözləri müxalif “Şərəfim var” fraksiyasının deputatı Tiqran Abramyan öz “Facebook” səhifəsində yazıb.

“Sadə dillə desək, Azərbaycan öz cəmiyyətini inandırıb ki, dəhliz olacaq.

Üstəlik, beynəlxalq tərəfdaşları ilə regional layihələr ətrafında danışıqlar aparır ki, bu da dəhlizlə bağlı çətin vəziyyəti daha da çətinləşdirir. Təəssüf ki, indiki şəraitdə pis və daha pis arasında seçim etməli olacağımız, ssenarilər baxımından son dərəcə əlverişsiz vəziyyət formalaşdırıb”, - deyə Tiqran Abramyan qeyd edib.

"Azərbaycan inandırıb ki, dəhliz olacaq" - Erməni deputat