İran səfirindən əcaib açıqlama: "Atəşkəs Bəyatında müddəa var ki..."

İran səfirindən əcaib açıqlama: "Atəşkəs Bəyatında müddəa var ki..."

İran səfirindən əcaib açıqlama: "Atəşkəs Bəyatında müddəa var ki..."

"Azərbaycanın Ermənistanın cənubunda, Azərbaycanın nəzarətində olan ərazidə İran yük maşınlarından ödəniş alması atəşkəs razılaşmasına ziddir"

Polemika.az "Təsnim"ə istinadla xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Abbas Bədəxşan Zohuri bildirib.

Səfir keçmiş sovet xəritələrinə görə, iki hissəsi Azərbaycan ərazisində yerləşən 21 km-lik Gorus-Qafan yolu məsələsinə də toxunub:

"Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli atəşkəs razılaşmasına əsasən, yeni yolun tikintisi başa çatana qədər tranzit marşrutu əvvəlki statusuna malik olmalı idi. Təəssüf ki, biz Azərbaycan tərəfinin İran yük maşınlarından rüsum aldığını görürük".

Abbas Bədəxşan Zoxuri İran və Ermənistan arasında münasibətlərin inkişaf etdiyini və həmişə müsbət xarakter daşıdığını qeyd edib:

“Ermənistanla bir neçə min illik uzun tariximiz var və erməni soydaşlarımızın olması sayəsində bu əlaqələr daha da möhkəmlənir. Ancaq iki ölkə arasındakı yaxşı siyasi əlaqələrə paralel olaraq, iqtisadi müstəvidə gözlənilən nəticələri əldə etməmişik".

Səfir Şimal-Cənub Nəqliyyat Dəhlizindən söz açıb:

"Hind okeanından Çabahar limanına və Fars körfəzinə, daha sonra Culfa-Ermənistan-Gürcüstan və Qara dənizə uzanacaq dəmir yolu marşrutu ilə tranzitin əhəmiyyətini, təhlükəsiz və çox rahatdır. Bu ticarət marşrutunda və bu yoldakı ölkələr ondan xeyli yararlana biləcək".

“Nəqliyyat marşrutunun bir hissəsi 60 km-lik Sisian yolu ilə bağlıdır və Ermənistanın cənubunda, Sünik bölgəsində yerləşir. Görülən tədbirlər nəticəsində bu yol əvvəlki ilə müqayisədə qısalır. Ermənistan hökuməti bu yolu yenidən inşa edir və böyük ehtimalla, İran da tikinti işlərində iştirak edəcək. İranın yol, tunel və körpülərin tikintisi sahəsində imkanlarının bir çox qonşu ölkələrdə olmadığını nəzərə alaraq, İranın bu məsələdə iştirakı ilə bağlı danışıqlar davam etdirilir”, - deyə səfir qeyd edib.

İran səfirindən əcaib açıqlama: "Atəşkəs Bəyatında müddəa var ki..."