Bakı küçələrində Şaxta babaları "don vurub"

Bakı küçələrində Şaxta babaları "don vurub"

Bakı küçələrində Şaxta babaları "don vurub"

Artıq yeni ilə sayılı günlər qalıb. Hər il olduğu kimi bu il də parklarda Şaxta baba və Qar qızla nadir hallarda da olsa qarşılaşmaq mümkündür.

Maraqlıdır, bu il şaxta baba və qar qız olmaq üçün neçə nəfər müvafiq qurumlara müraciət edib?

Polemika.az xəbər verir ki, bu il Şaxta baba və Qar qız olmaq üçün müraciət edənlər hələ ki, yoxdur. Yalnız "Soyuq Əllər, İsti Ürəklər" yarmarkasında Şaxta baba var.

Hazırda bu prosesə 3 qurum nəzarət edir. Parklara Ticarət və Xidmət departamenti, Fəvvarələr Meydanına Bakı Abadlıq Xidməti MMC, digər qurum isə Dənizkənarı Bulvar İdarəsi. Bu qurumların hər biri öz ərazisində Şaxta baba və Qar qızların olmasına icazə verir. Əvvəllki yeni illərdə parklarda Şaxta baba, qar qız və fotoqraf olurdu. Hər kəs şəkil çəkdirib pul verirdi, indi isə hamı şəxsi telefonu ilə şəkillər çəkir nə Şaxta babaya, nə də fotoqrafa pul verirlər. Şaxta baba olmaq üçün 60 manat rüsum ödəyirlər. Sonradan ödədiyi pulu geri götürməlidir, lakin götürə bilmir. Pul qazana bilməyəcəksə niyə gəlib dayanmalıdır orda?

Pul qazana bilmirlər və  şaxta baba olmaq istəmirlər.

Bakı küçələrində Şaxta babaları "don vurub"