Azərbaycanın kişilərdən ibarət yığması erməni rəqibləri ilə qarşılaşacaq
Azərbaycanın kişilərdən ibarət yığması erməni rəqibləri ilə qarşılaşacaq
Sloveniyanın Çatej şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir.
Polemika.az xəbər verir ki, bu gün VI turun qarşılaşmaları baş tutacaq.
Azərbaycanın kişilərdən ibarət yığması Ermənistanla, qadın millimiz İtaliya ilə görüşəcək. Bugünkü qarşılaşmalarda kişi yığmamızda Qədir Hüseynov, xanımlarda Gövhər Beydullayeva istirahət edəcək.
Avropa çempionatı
VI tur, 18 noyabr
Kişilər
Azərbaycan - Ermənistan
Şəhriyar Məmmədyarov - Qabriel Sarkisyan
Teymur Rəcəbov - Hayk Martirosyan
Robert Ovanisyan - Rauf Məmmədov
Nicat Abasov - Samvel Ter-Sahakyan
Turnir cədvəli: 1. Rusiya, 2. Azərbaycan, 3. Ukrayna, 4. Macarıstan, 5. Ermənistan, 6. Niderland – hamısı 8 xal
Qadınlar
İtaliya - Azərbaycan
Marina Brunello - Günay Məmmədzadə
Olqa Zimina - Gülnar Məmmədova
Tea Queçi - Xanım Balacayeva
Daniela Movilyanu - Ülviyyə Fətəliyeva
Turnir cədvəli: 1. Rusiya – 10, 2. Gürcüstan, 3. Yunanıstan – hər iksi 8, 4. Polşa, 5. Azərbaycan, 6. İtaliya, 7. Ukrayna – hamısı 7.
Qeyd edək ki, oyunlara Bakı vaxtı ilə saat 18:00-da start veriləcək.