“Qalatasaray” Moskvada qələbə qazandı

“Qalatasaray” Moskvada qələbə qazandı

“Qalatasaray” Moskvada qələbə qazandı

Türkiyənin Avropa Liqasındakı daha bir təmsilçisi “Qalatasaray” növbəti oyununu keçirib.

Polemika.az xəbər verir ki, Türkiyə klubu III tur çərçivəsində Moskvada “Lokomotiv”lə üz-üzə gəlib.

Matçda yeganə qolu Fatih Terimin yetirmələri vurub. Beləliklə "Qalatasaray" 3 turdan sonra 7 xalla qrup liderliyini bir qədər də möhkəmlədib.

Qeyd edək ki, Türkiyənin turnirdəki digər təmsilçisi “Fənərbaxça” bu gün Belçika klubu “Antverpen”lə heç-heçə (2:2) edib.

Avropa Liqası

E qrupu, III tur

“Lokomotiv” – “Qalatasaray” – 0:1

Qol: Kerem Aktürkoğlu, 82

 

“Qalatasaray” Moskvada qələbə qazandı