"Azərbaycanın 53 milyard dollar maliyyə ehtiyatı var" - Spiker
"Azərbaycanın 53 milyard dollar maliyyə ehtiyatı var" - Spiker
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən iclasını açıq elan edib.
Polemika.az xəbər verir ki, spiker Nazirlər Kabinetinin 2021-ci il üzrə hesabatı ilə tanış olduğunu qeyd edib:
"Hazırda ölkənin 53 milyard dollar maliyyə ehtiyatı var. Makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın gücləndirilməsi 2021-ci ildə də öz təsdiqini tapıb.
Ötən bir il ərzində daha da artırılmış iqtisadi göstəricilər inkişafı sürətləndirir".