Avropa Liqasının 1/16 finalında ilk dəfə azərbaycanlı oynaya bilər

Avropa Liqasının 1/16 finalında ilk dəfə azərbaycanlı oynaya bilər

Avropa Liqasının 1/16 finalında ilk dəfə azərbaycanlı oynaya bilər

Millimizin hücumçusu Mahir Emreli Avropa Liqasının 1/16 finalında oynayan ilk azərbaycanlı futbolçu ola bilər.

24 yaşlı hücumçumuzun dünən müqavilə imzaladığı Zaqrebin “Dinamo” klubu yarışın bu mərhələsində iştirak etmək hüququ qazanıb. 

Polemika.az xəbər verir ki, Xorvatiya təmsilçisi qrup mərhələsini 2-ci yerdə (1-ci yer “Vest Hem”, İngiltərə) başa vuraraq “pley-off”a yüksəlib.

"Pley-off"da zaqreblilərin rəqibi isə Çempionlar Liqasında qrup üçüncüsü olmuş İspaniyanın “Sevilya” komandası olacaq. Bu komandaların ilk görüşü fevralın 17-si İspaniyada, cavab matçı fevralın 24-ü Xorvatiyada olacaq. 

Əlavə edək ki, M.Emreli artıq bu mövsüm sabiq komandası “Legiya” Varşavanın heyətində Avropa Liqasının qrupunda oynayıb. 6 görüşdə meydana çıxan futbolçumuz “Lester” (İngiltərə) və “Napoli”yə (İtaliya) qol da vurub. Polşa təmsilçisi isə qrupu sonuncu yerdə tamamlayıb.(qol.az)

Avropa Liqasının 1/16 finalında ilk dəfə azərbaycanlı oynaya bilər