Ankarada erməni, İrəvanda türk səfirliyi: Düşmənçilik bitdi?

Ankarada erməni, İrəvanda türk səfirliyi:

Ankarada erməni, İrəvanda türk səfirliyi: Düşmənçilik bitdi?

Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində xüsusi nümayəndələr fevralın 24-dә Avstriyanın paytaxtı Vyanada görüşəcəklər. Növbəti görüşdə sərhədlərin açılması və s. məsələlərin müzakirəsi gözlənilir.

Serdar Kılıç və Ruben Rubinyan arasında ilk görüş yanvarın 14-dә Rusiyanın paytaxtı Moskvada keçirilmişdi.

İkinci görüşdə qarşılıqlı şəkildə səfirliklərin açılması qərara alına bilərmi?

Polemika.az-a açıqlamasında siyasi şərhçi Nazim Cəfərsoy qeyd edib ki, Vyana müzakirələrində qarşılıqlı şəkildə səfirliklərin açılması müzakirə oluna bilməz. O bunu iki səbəblə əlaqələndirib:

“İlk növbədə, bu, müzakirənin təbiətinə zidd bir şeydir. Əvvəlcə mövzular müəyyənləşdirilməlidir. Digər tərəfdən, Türkiyə tərəfi də elan etmişdi ki, Türkiyə-Ermənistan münasibətləri Azərbaycan-Ermənistan münasibətləri ilə koordinasiyalı şəkildə inkişaf edəcək. Bu çərçivədə də Azərbaycan və Ermənistan arasında müzakirələr hələ ki, asta gedir. İstər sərhədlərin təyin edilməsi, istərsə də sülh müqaviləsi ilə bağlı müzakirələr sürətlənmir. O baxımdan, Türkiyə bu məqamı da diqqətə alacaq”.

N. Cəfərsoy əlavə edib:

“Üçüncü məqam Ermənistan daxilində bu proseslərə ciddi müqavimətin mövcudluğudur. Baş nazir Paşinyan da atdığı addımları bir az daha ehtiyatlı, daxili və xüsusən, xarici balanslı bölgülərə uyğun atır. İstər Rusiyadan, istərsə də Fransadan bəzi qüvvələr prosesdə iştirak etmək istəyirlər.

Bu 3 faktor diplomatik nümayəndəliklərin açılması istiqamətində irəliləyişi azaldır”.

Rafi MÜSLÜMOV

Ankarada erməni, İrəvanda türk səfirliyi: Düşmənçilik bitdi?