“Ağlımız kəsəndən sevgililər gününü 14 fevralda qeyd etmişik, necə oldu 30 iyuna keçdi?!” 

“Ağlımız kəsəndən sevgililər gününü 14 fevralda qeyd etmişik, necə oldu 30 iyuna keçdi?!” 

“Ağlımız kəsəndən sevgililər gününü 14 fevralda qeyd etmişik, necə oldu 30 iyuna keçdi?!” 

Bu gün - fevralın 14-ü dünyanın bir çox ölkələrində Sevgililər günü kimi qeyd olunur. Bəzən bu günü Müqəddəs Valentin günü adlandıranlar da var. Bəs Sevgililər günü kimi qeyd edilən bayramla bağlı şou-biznes əhli nə düşünür? Onlar bu günü qeyd edirlərmi?

Mövzu ilə bağlı Polemika.az-a danışan müğənni Əlikram Bayramov bu günü hər zaman iyunun 30-u deyil,  fevralın 14-ü  qeyd etdiyini deyib:

“Bizim bu günümüzü niyə pozublar anlamıram, bizim ağlımız kəsəndən bəri sevgililər gününü 14 fevralda qeyd etmişik. Necə oldu bu gün 30 iyuna keçdi, bilmirəm. Amma bütün bunlara baxmayaraq, bu gün sevgililər günüdür, sevginin günüdür. Dədə-babadan belə eşitmişik. Allah sevənləri bir-birindən ayırmasın. 

Sevənin günü olmur, lakin sevənlərin günü var və həmin günü qeyd edirlər. Necə 8 Mart qadınlar bayramı kimi qeyd olunur, bu bayram da eləcə. Mən bütün sevənləri alqışlayıram, özüm də bu günü həmişə 14 fevralda qeyd etmişəm”.

Sənətçi “sevginin günü yoxdur” fikirləri ilə razılaşmadığını qeyd edib:

“Sevginin günü  niyə yoxdur ki? Var. Sevənlər hər zaman bu günü qeyd etməlidirlər ki, bir-birlərindən heç zaman uzaqlaşmasınlar. Sevənlər ayrılmasın. Həmin gün sevənlərin bayramıdır. Söhbət həqiqətən sevənlərdən gedir. Mən bu gün münasibətilə bütün sevənləri təbrik edirəm. Mən də bu günü qeyd edirəm, heç vaxt da 30 iyunda bu günü qeyd etməmişəm. Hamıya bol-bol sevgi arzu edirəm, sevənlərinizdən uzaq düşməyin, onlara gül verin”.

Qeyd edək ki, ölkəmizdə Sevgililər günü dünya ölkələrinin əksəriyyətində olduğu kimi 14 fevralda deyil, iyun ayının 30-da qeyd edilir. Bu tarix İlham və Fərizənin xatirəsinə ithafən qeyd edilir. Bu cütlüyün faciəvi məhəbbət hekayəsi milyonlarla azərbaycanlını sarsıdıb. İlham və Fərizə 1989-cu ilin 30 iyun tarixində ailə qurublar. 2004-cü ildən Azərbaycanda Sevgililər günü 30 iyun tarixində qeyd edilir.

Əsmətxanım

“Ağlımız kəsəndən sevgililər gününü 14 fevralda qeyd etmişik, necə oldu 30 iyuna keçdi?!”