"30 yaşında adama təqaüd verilir, amma mənə..." - Müğənni yenə şikayətləndi

"30 yaşında adama təqaüd verilir, amma mənə..." - Müğənni yenə şikayətləndi

"30 yaşında adama təqaüd verilir, amma mənə..." - Müğənni yenə şikayətləndi

“Əvvəla, 50 ildir ki, səhnədəyəm, gündəmdəyəm. Bunun 35 ili müğənni, 16 ili isə qarmon ifaçısı kimi fəaliyyətimdir…” 

Polemika.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Cavanşir Məmmədov deyib.

Müğənni Mədəniyyət Nazirliyinin onun Xalq artisti fəxri adıyla bağlı müraciətinə verdiyi cavabdan təəssüfləndiyini bildirib: 

“Bəlkə Mədəniyyət Nazirliyinin “İncəsənət və qeyri-maddi mədəni irs” şöbəsi bunları yaxşı bilmir, amma mənim fikirlərimə belə tələsik münasibət bildirməkdən öncə telefon açıb bütün bunları soruşa bilərdilər. Bununla yanaşı, atam Dilşad Məmmədov Əməkdar artisti, 32 il filarmoniyanın solisti olub. Flora xanım Kərimova bibim qızıdır. Yəni bunları bir kənara qoyuram ona görə ki, söhbət mənim özümdən gedir.

İlk dueti İlhamə xanım Quliyevayla oxumuşam. Daha sonra Ruhəngiz Allahverdiyeva ilə iki duetimiz olub, daha sonra Flora KƏrimova ilə duet oxumuşam. Daha sonra isə Firuzə İbadova ilə. Artıq 26 ildir ki, duet ifa edirik”.

Müğənni xidməti olmayan müğənnilərə fəxri adların verildiyini bildirib:

“Bu gün fəxri ad alanlar hansı xidməti ediblər?! Moskvadan o tərəfə keçməyiblər. Bəlkə səhv deyirəm? Fəxri adlar bəzi adamlara verilib, halal xoşları olsun. Söhbət paxıllıqdan yox, söhbət Mədəniyyət Nazirliyinin verdiyi cavabdan gedir. Söhbət özəl konsertəndən də getmir. Söhbət dövlət xəttiylə olan konsertlərdən gedir. Yaxud da 30 yaşında adama təqaüd verilir. Təqaüd pensiya deməkdir, 65 yaşından sonra adama verilir. Burda onun əmək fəaliyyəti, xidmətləri nəzərə alınır. 30 yaşında adama təqaüd veriləndə o, gedib dövlətə, xalqa xidmət edərmi?! Burda söhbət sənət adamından gedir. 2 il ərzində eyni adama əməkdar və xalq artisti fəxri adları verilərmi?! Hansı xidmətinə görə bu adları verirlər?! Özünüz də bilirsiniz ki, söhbət kimlərdən gedir. 

Mən Mədəniyyət Nazirliyinə dəfələrlə bununla bağlı teleqramalar vurmuşdum və cavablarında bildirdilər ki, bunu araşdıracağıq. Mənim haqqımda olan məlumatlar nazirlikdə var və bunun nəyini araşdırcaqlar ki? Bəzilərinə fəxri adlar veriblər və bəs onu necə araşdırıblar? Azərbaycan musiqisində Mir Yusifin xidməti çox olub, yoxsa Cavanşir Məmmədovun?! Yaxud da digərləri olsun. Mir Yusifə fəxri ad verildi, İzmirdə ev aldı və indi orda yaşayır. Amma məni İngiltərədə saxlayırdılar, buna razı olmadım”.

"30 yaşında adama təqaüd verilir, amma mənə..." - Müğənni yenə şikayətləndi