"Ağlamayana “pəpə” vermirlər" - Xuraman Şuşalı

"Ağlamayana “pəpə” vermirlər" - Xuraman Şuşalı

"Ağlamayana “pəpə” vermirlər" - Xuraman Şuşalı

Həmişə doğulduğu Şuşa şəhərinə gedə bilmədiyindən gileylənən müğənni Xuraman hələ də doğma yurdunun həsrətindədir.

Polemika.az-a danışan ifaçı bunun üçün rəsmən müraciət etməli olduğunu bildirib:

“Hələ də getmək üçün müraciət etməmişəm, heç bilmirəm Şuşaya getmək üçün hara müraciət eləmək lazımdır. Amma yaxın günlərdə bu haqda məlumat alıb, müraciət edəcəyəm. Açığı, bir müddətdir səhhətimlə bağlı problemlərim var idi, başım qarışmışdı. Bu aralar efirlərə də çıxmadım, bir az özümə istirahət verdim. Həm də toylarım vardı, vaxtım olmurdu. Bir-iki yerdən eşitdim ki, özbaşına getmək olmaz. İnşallah, bizə də qismət olar”.

Sənətçi Qarabağda keçirilən tədbirlərə dəvət olunmadığını qeyd edib:

“Tədbirlər olan zaman getmək üçün müraciət etməmişəm, özləri də məni dəvət etməyiblər. Bizdə belədir də, ağlamayana “pəpə” vermirlər. Gərək müraciət edəsən ki, səni də siyahıya salsınlar. Mən də müraciət etməmişəm deyə, kiminsə haqqına girə bilmərəm. Artıq havalar da soyuyub, yollar narahat olacaq, həm də uşaqlarla bir az narahatdır. Allah qismət eləsin, tezliklə mən də dogma yurduma ayaq basım. Mənim üçün çox başqa, möhtəşəm hiss olar”.

Əsmətxanım

"Ağlamayana “pəpə” vermirlər" - Xuraman Şuşalı