"İlhamə Quliyeva nə vaxt düz danışıb ki..." - Əli Mirəliyev qohumunu yıxıb-sürüdü

"İlhamə Quliyeva nə vaxt düz danışıb ki..."

"İlhamə Quliyeva nə vaxt düz danışıb ki..." - Əli Mirəliyev qohumunu yıxıb-sürüdü

“Elgiz bu sözləri rəhmətlik İlhamə Quliyevanı ələ salmaq üçün deməyib. Bu hadisə həqiqətən yaşanıb".

Polemika.az xəbər verir ki, bunu mərhum sənətçinin qohumu müğənni Əli Mirəliyev deyib. 

"Onlar rəhmətliklə yığışıb yeyib-içməyə gediblər. Sonra hesab gətirilib. İlhamə də var idi “Hesabı özüm verəcəm” demə vərdişi. Həmin hadisə vaxtı da belə olub. Sonra görüb ki, hesab böyükdür, restoran üçün belə bir oyun qurub, guya yeməyi yeyənlər zəhərləniblər.

Elgiz düz deyib, bu hadisə həqiqətən yaşanıb. O, yaxşı jurnalistdir, yaşanmayan hadisəni efirdə danışmaz. Mənim qohumumdur, xasiyyətini bilirdim, yəni pir mənimdir, kəramətinə bələdəm. İlhamə nə vaxt düz danışıb ki... Həmişə "əyri" danışıb. Burda bir şey deyirdi, başqa yerdə başqa şey. Allah ona rəhmət eləsin, çox fərqli adama idi. Amma adam göründüyü kimi olar”.

Xatırladaq ki, aparıcı Elgiz Əkbərin mərhum Xalq artisti İlhamə Quliyeva ilə bağlı şok açıqlaması müzakirəyə səbəb olub. 

O, efirdə  İlhamə Quliyevanın hesabı ödəməmək üçün restoranı şərlədiyini deyib: "Hesab çox oldu. Baxdı ki, çox şey sifariş edib. Yanındakına dedi ki, guya sən zəhərlənmisən, başla qusmağa”.

Əsmətxanım

"İlhamə Quliyeva nə vaxt düz danışıb ki..." - Əli Mirəliyev qohumunu yıxıb-sürüdü