Abramoviç Aİ-nin sanksiya siyahısına salına bilər

Abramoviç Aİ-nin sanksiya siyahısına salına bilər

Abramoviç Aİ-nin sanksiya siyahısına salına bilər

Avropa İttifaqının yüksək vəzifəli diplomatları “Çelsi” klubunun sahibi Roman Abramoviçin sanksiya siyahısına daxil edilməsi ilə bağlı razılığa gəliblər.

Polemika.az "Reuters"ə istinadla xəbər verir ki, Abramoviçin siyahıya salınması üçün qeyri-rəsmi yaşıl işıq yandırılıb və Aİ rəsmiləri tədbiri, həmçinin Rusiyaya qarşı əlavə iqtisadi sanksiyaları qəbul etmək üçün bu gün yenidən görüşəcəklər.

Sanksiyalar yalnız Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra qüvvəyə minir, bu, adətən, bir neçə saat ərzində və ya rəsmi təsdiqdən sonra növbəti gün baş verir.

Aİ-nin Rusiyaya qarşı dördüncü sanksiyalar paketi çərçivəsində Aİ Rusiyaya dəbdəbəli malların, o cümlədən bahalı avtomobillərin ixracını qadağan edəcək.

Avropa Komissiyasının sədri Ursula fon der Leyen daha əvvəl demişdi ki, o, Rusiyaya polad və dəmir məmulatlarının idxalını da qadağan edəcək.

Avropa İttifaqının Xarici Siyasət üzrə Ali Nümayəndəsi Josep Borrell bildirib ki, yeni sanksiyalar Rusiya polad sənayesində çalışan, eləcə də Rusiya dövlətinə maliyyə xidmətləri, hərbi məhsullar və texnologiya təmin edən şəxslərə təsir edəcək.

Abramoviç artıq Böyük Britaniyanın qara siyahısına salınıb.

O, Portuqaliya pasportuna malikdir, yəni Portuqaliya prinsipcə Aİ səviyyəsində aktivlərinin dondurulması və ona səyahət qadağası tətbiq etməkdən çəkinə bilər.

Abramoviç Aİ-nin sanksiya siyahısına salına bilər